BAKI, 28 sentyabr — Sputnik. ABŞ getdikcə de-fakto Ukraynada münaqişəyə daxil olur və onun tərəfinə çevrilir, bu, son dərəcə təhlükəlidir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Ukraynaya ona verdiyi silahların Rusiyanın referendumların nəticələrinə əsasən özününkü elan edə biləcəyi ərazilərdə istifadəsinə mane olmayacaq.
"Biz Blinkenin bəyanatına mənfi münasibət bildiririk. Getdikcə ABŞ bu münaqişəyə de-fakto girir. ABŞ tərəfi son dərəcə təhlükəli olan bu münaqişənin tərəfi olmağa yaxındır", - Peskov qeyd edib.
Peskov əlavə edib ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yeni deyil: "O, çoxdandır ki, danışacaq bir şey olmadığını, danışıqlarla bağlı istənilən fikirdən imtina etmək qərarına gəldiyini söyləyib".
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah təminatı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etməyəcək və mənfi təsir göstərəcək.