HƏRBİ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.