AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib

Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisi sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə təcili eniş edib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Sinqapur-Helsinki reysini icra edən təyyarə Bakıya təcili eniş edib.
Bu barədə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından məlumat yayıb.
Məlumata görə, Finlandiyanın milli aviadaşıyıcısı - "Finnair" şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Adına Beynəlxalq Hava limanından verilən məlumatda bildirilir ki, "Airbus A350" markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.