İDMAN

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək turnirə yüz milyonlarla avro pul xərclənəcək.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Futbol üzrə dünya çempionatının keçirilməsi üçün Qətərin xərclədiyi məbləğ bəlli olub. "The Sun" nəşrinin məlumatına görə, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.
Onun sözlərinə görə, mundial üçün 208 milyon avro xərclənib.
Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib:
"Yeni yollar, metro, hava limanı, hotellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".
Futbol oyunundan kadr, arxiv şəkli
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək baş tutacaq.
Qətərdə keçiriləcək DÇ-2022-də pivə satışı ilə bağlı məhdudiyyətlər olacaq. Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək.
Bu içkiləri oyunun startına üç saat qalmışa qədər almaq mümkün olacaq. Satış matç başa çatandan bir saat sonra bərpa edilə bilər.
(Report)