BAKI, 27 sentyabr — Sputnik. "Neftçi"yə rəhbərlik edən Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.
47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Regekampfla yanaşı, George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petresku da bu posta namizəddir.
Qeyd edək ki, mövsümün əvvəlində Laurentsiu Regekampf "Neftçi" ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub (Qafqazinfo).