BAKI, 25 sentyabr - Sputnik. Hər bir şəxsin sinir sistemi iki yaşınadək möhkəmlənir, stresə qarşı dözümlülüyünün əsası bu yaşda qoyulur.
Alimlər bildirir ki, məhz bu yaş dövrünədək körpələrdə qorxunun müxtəlif növləri yaranır.
Belə olan halda hətta körpə yerində yatdığı halda durub qəfil ağlaya bilər. Soyuq, tək qalmaq, müxtəlif səslər- uşağın qorxu hisslərini formalaşdırır.
Ətraf-aləmin ona təhlükəli görünməməsi üçün ananın üzərinə böyük məsuliyyət düşür.
Uşaq anasının qucağında, onun nəfəsi və səsi ilə təskinlik tapa bilir.
Ana övladının sinir sisteminin möhkəm və stresə dözümlü olması üçün onu vaxtında sakitləşdirməlidir.
Ana nə etməlidir?
Körpə ağladıqda ana ona yaxınlaşıb aqressiyasını nümayiş etdirmək əvəzimə sakitləşdirməli, üzünə gülümsəməli, qucağına alıb əzizləməli, mahnı zümzümə etməli, yaxud da laylay oxumalıdır.
Körpəlikdən özünəinam formalaşan fərdlər böyüyəndə stresli vəziyyətdən çıxış yolunu daha asanlıqla tapırlar.
Belə olan haıda onlar qısa zamanda problemdən, stress və təlaşdan uzaq olurlar.
Bu səbəbdən də alimlər xüsusən də iki yaşadək körpələrlə daha xoş, mülayim rəftar etməyin vacibliyini vurğulayırlar.