SƏHİYYƏ

İqlim dəyişdikcə xəstəliklər artacaq

Alimlər bildirir ki, iqlim dəyişikliyi iki yüzdən artıq yoluxucu xəstəliyinin yaranmasına səbəb olur.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. İngiltərəli alimlər apardıqları araşdırmanın nəticələrinin dərc olunduğu "Nature Climate Change” jurnalında qeyd olunur ki,
375 yoluxucu xəstəlikdən 218-i iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii hadisələr nəticəsində daha da fəallaşıb.
Onlar bildirir ki, bəzi təbii fəlakətlər zamanı yarasa, siçan, ağcaqanad xəstəlik daşıyıcısı rolunu oynayır.
Araşdırmalara görə iqlim dəyişikliyi ilə əlaqədar temperaturun artması dəniz məhsullarının strukturunu pozur, insan sağlamlığını təhlükəyə altına atır.
Viskonsin Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqat qrupunun həkimi Conatan Patz qeyd edib ki, iqlim dəyişikliyi zamanı xəstəliklərin riskləri də dəyişəcək.
O bildirib ki, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlər insanlarda malyariya, hantavirus, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artıracaq.
SƏHİYYƏ
Oynaqlarınız, beliniz ağrıyırsa, əlləriniz uyuşursa, ciddi bir xəstəliyin astanasındasınız