BAKI, 25 sentyabr - Sputnik. “Pfizer” əczaçılıq şirkətinin rəhbəri Albert Burla təkrar koronavirusa yoluxub.
APA-nın xəbərinə görə, bu barədə Burla özünün Tvitter hesabında yazıb.
“Mənim Covid-19 testimin nəticəsi müsbətdir. özümü yaxşı hiss edirəm, heç bir simptom yoxdur” – deyə o, bildirib.
Burla bildirib ki, avqustda da koronavirusa yoluxub. Müəyyən zaman keçmədiyi üçün buster doza qəbul edə bilməyib.