BAKI, 24 sentyabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl Kiyevin nüvə silahına malik olması mövzusunu qaldırıb.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
“Heç kim xatırlamır, bu ilin yanvarında xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl Zelenski çıxışlarının birində bu haqda çox danışdığını və bunu davam etdirdiyini demişdi ki, Sovet İttifaqı dağılanda Ukraynanın nüvə silahını təslim etməsi böyük səhv idi. Bu mövzu onun tərəfindən ortaya Ukraynada yaranan problemləri necə tənzimləməklə bağlı söhbətlər zamanı atılıb”, - Lavrov deyib.
O vurğulayıb ki, Rusiyada ölkənin nüvə təhlükəsizliyi doktrinası qüvvədədir.
“Bu, açıq sənəddir, orada hər şey yazılıb, mən sizi nüvə silahından istifadə etməyə icazə verildiyi zaman tam dəqiq müəyyən edilmiş hallara bir daha baxmağa dəvət edirəm”, - nazir izah edib.