BAKI, 24 sentyabr - Sputnik. Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb. Nazir görüş zamanı, qarşı tərəfə bölgəmizdə post-münaqişə dövründə yaranmış son vəziyyət barədə məlumat verib.
Nazir Maria Ubac Font Azərbaycan ilə Andorra arasında münasibətlərdən məmnunluğunu bildirib. O, hər iki ölkənin dağlıq ərazidə yerləşdiyini nəzərə alaraq, bir sıra beynəlxalq təşkilatlarda bu istiqamətdə mövcud forumlarda əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını diqqətə çatdırıb. Andorranın xarici işlər naziri Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu baxımından yerli şirkətlərin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında müzakirələr aparılıb.
Sinqapurlu nazirlə görüş
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.
Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.
Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.
Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.
Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə görüşüb
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə görüşüb.
İkitərəfli siyasi və iqtisadi əməkdaşlığın əhəmiyyətli rol oynadığını deyən nazir, iqtisadi fəaliyyət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Nazir görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, post-münaqişə dövründə Ermənistanın təxribatları, bölgədəki genişmiqyaslı mina təhdidləri barədə məlumat verib.
Azərbaycanla Sloveniya arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Sloveniya xarici işlər naziri iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib. Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O, bölgəmizdə yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.
Görüş zamanı, ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsveç Krallığının xarici işlər naziri ilə görüş olub
Ceyhun Bayramov Nyu Yorkda İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.
Gorüş zamanı ölkəmizlə İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.
İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İsveçin Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Gorüş zamanı ölkəmizlə İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.
İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İsveçin Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Albaniyanın Avropa və xarici işlər naziri ilə görüş
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə də görüşüb.
Görüşdə Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək “Cənub qaz dəhlizi”nin önəmi vurğulanıb.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatları barədə məlumat verərək liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib.
Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu bildirilib.
Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlərə toxunulub.