SƏHİYYƏ

ABŞ-da trombu əridən, insultun fəsadları əleyhinə dərman hazırlanıb

Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Həkimlər damarlardakı trombu əridə bilən preparatı sınaqdan keçiriblər. Bu barədə Texasın Ostin Universitetinin mətbuat xidməti məlumat yayıb və tədqiqat "Stroke" jurnalında dərc olunub.
Tibb təşkilatlarının məlumatına görə, hazırda dünyada yaşayan 101 milyon insan insult keçirib və hər il 6,5 milyon insan bu xəstəlikdən vəfat edir. Bu vəziyyətdə tromb beyin damarlarının bir hissəsini bağlayır, bu da onun qan ötürməsinə mane olur. Oksigen çatışmazlığından sinir hüceyrələri bir neçə dəqiqədən sonra ölməyə başlayır ki, bu da bədən funksiyalarının və düşünmə qabiliyyətinin ciddi şəkildə pozulmasına və çox vaxt ölümə səbəb olur.
Tədqiqatçılar "Tenekteplaza"nın venadaxili tətbiq edilməsi ilə sinir hüceyrələrinin kütləvi şəkildə ölmə ehtimalının azaldıla biləcəyini göstəriblər. "Tenekteplaza" trombu əridən PLAT zülalının sintetik analoqudur.
ABŞ-ın nəzarət orqanları bu yaxınlarda arteriyalarda tromb ilə mübarizə aparan dərmanı təsdiqləyiblər, lakin bu, ilk dəfədir ki, insultun fəsadlarına qarşı terapiya kimi sınaqdan keçirilir.
Könüllülər üzərində müqayisəli sınaq aparılıb: 234 nəfər "Tenekteplaza", 354 nəfər isə digər trombolitik dərmanlar qəbul edib. Məlum olub ki, "Tenekteplaza"dan istifadə zamanı xəstələr 5% daha çox ehtimalla yerimə qabiliyyətini saxlayırlar və ölüm hallarının sayı 4% azalıb.
Bundan əlavə, bu preparat analoqlardan təxminən 10% daha ucuzdur.
SƏHİYYƏ
Azərbaycanda dərmanların qiyməti kəskin bahalaşıb: 9 min manata dərman olar?