RUSİYA

Peskovdan refenrendumlarla bağlı açıqlama

Bu gün "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. "DXR", "LXR", eləcə də Zaporojye və Xerson vilayətlərində referendumların keçirilməsinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik biz referendumların lazımi səviyyədə keçirilməsi üçün təhlükəsizliyin təmin edilməsinə çalışırıq. Əməliyyat vəziyyətinə aid olan hər şeylə bağlı isə Müdafiə Nazirliyindən soruşmaq lazımdır", - Peskov jurnalistlərə bildirib.
Bu gün "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb. Səsvermə beş gün, sentyabrın 27-dək davam edəcək.
Rusiya Federasiyasının tərkibinə daxil olduqda, Rusiya Konstitusiyasının "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinə şamil edilib-edilməyəcəyi ilə bağlı sualın cavabında Dmitri Peskov belə cavab verib:
"Əlbəttə. Bu ərazilərdə (referendumdan sonra Rusiya Federasiyasına qoşulma və onun tərkibinə daxil olma halında) Rusiya Federasiyasının Konstitusiyası qüvvəyə minəcək. Bu məsələdə hər şey çox aydındır".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.