İDMAN

"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales bildirib ki, komandanın bir neçə əsas futbolçuları oyundan kənarlaşdırılacaq
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.
Bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.
59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib: "Bu qədər futbolçu baş məşqçi, komanda və oyunçular üçün problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm".
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib (Report).
FOTO
"Qarabağ" - "Nant" matçının ən parlaq anları