"Bu qərarın tıxacların artmasına səbəb olacağı barədə deyilən fikirlərlə razı deyiləm. Çünki bu əsaslandırma olmadan səsləndirilən fikirlərdir. Birincisi ona görə ki, bu zonanın əhatə etdiyi küçələr paytaxtın əsas arterial küçə və prospektlərinə hər hansı bir təsir etmir, xüsusi bir nəqliyyat dəhlizləri deyillər. Eyni zamanda araşdırmalar da göstərir ki, 30 km/saat sürət şəhər daxilində yolların təhlükəsiz hərəkəti buraxma qabiliyyəti üçün ən ideal sürət həddi sayılır".
"Dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı svetaforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti var idi. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəki mövcud orta sürəti artırmaq olub”.
"Bu gün isə Bakının 33 küçəsində sürət həddi 30km/saat olub. Lakin bu küçələrin siyahısı ilə tanış olduqda görə bilərsiz ki, burada elə küçələr var ki, onlarda maksimal sürət həddi 10km/saatdır. Bu küçələr Bakının əsas, baş küçələri deyil, onlar ara küçələrdir. Düşünürəm ki, bu qərar vətəndaşalara problem yaratmayacaq".
"Hazırda Bakıda hərəkət iflic vəziyyətdədir. Sürətin endirilməsi, artırılmasının heç bir əhəmiyyəti olmayacaq. Faktiki oaraq hazırda nə piyada, nə velosipedçi, nə də ki, sürücü kimi hərəkət edə bilirsən. Metroda isə sıxlıqdır. Görünür ki, bizdə sadəcə olaraq Avropa Mobillik həftəsinə görə belə bir addım atılıb".