RUSİYA

Dövlət Duması fərariliyə, qarətə və əsir düşməyə görə cəzaları təsdiqləyib

Cinayət Məcəlləsinə hərbi vəziyyət dövründə talançılığa görə 15 ilədək azadlıqdan məhrumetmə məsuliyyəti haqqında maddə əlavə edilir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Dövlət Duması çərşənbə axşamı keçirilən plenar iclasda Cinayət Məcəlləsinə müharibə zamanı fərariliyə, talançılığa, silah və hərbi texnikanın məhv edilməsinə və əsir düşməyə görə nəzərdə tutulan cəzalarla bağlı qanun layihəsini dərhal ikinci və üçüncü oxunuşda qəbul edib.
Dövlət Dumasının deputatları Rusiya Cinayət Məcəlləsinə bir sıra düzəlişləri təsdiqləyiblər. O cümlədən, indiki qanunla çağırış üzrə hərbi xidmətə gəlməmə və ya fərarilik 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə həmçinin müharibə zamanı silahların məhv edilməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Həmçinin, Cinayət Məcəlləsinə hərbi vəziyyət dövründə talançılığa görə 15 ilədək azadlıqdan məhrumetmə məsuliyyəti haqqında maddə əlavə edilir.
RUSİYA
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya