Türkiyədə Rusiya qazının bir hissəsinin rublla ödəniləcəyi tarix açıqlanıb

Rusiya Federasiyasından Türkiyəyə verilən qazın dörddə biri Rusiya valyutası ilə ödəniləcək.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Türkiyənin energetika naziri Fatih Dönməz bildirib ki, yaxın vaxtlarda Rusiya qazının bir hissəsinin rublla ödənilməsinə dair razılaşma qüvvəyə minəcək. Bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Dönməzin sözlərinə görə, Rusiya Federasiyasından Türkiyəyə verilən qazın dörddə biri Rusiya valyutası ilə ödəniləcək. O, belə bir tədbirin ölkə iqtisadiyyatının dollardan asılılığını azaldacağını və xərcləri aşağı salacağını vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. İki ölkə lideri bir sıra aktual məsələləri, o cümlədən Moskvanın Türkiyəyə qaz tədarükünü artırmağa hazır olduğunu müzakirə ediblər.
Bundan əlavə, ŞƏT sammiti çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan Pakistana qaz kəmərinin çəkilməsi barədə razılığa gəliblər.
DÜNYA XƏBƏRLƏRİ
BMT-nin baş katibi Rusiya gübrəsinin sərbəst ixracına ehtiyac olduğunu açıqlayıb