DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin baş katibi Rusiya gübrəsinin sərbəst ixracına ehtiyac olduğunu açıqlayıb

© Eskinder DEBEBE / UN Photo / AFPBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə verməyə hazırdır.
BAKI, 19 sentyabr — Sputnik. Rusiya gübrəsi Aİ limanlarından sərbəst şəkildə ixrac edilməlidir. Bunu BMT-nin baş katibi Antonio Quterreş "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, Ümumdünya Ərzaq Proqramı Rusiyaya inkişaf etməkdə olan ölkələrə pulsuz gübrə vermək imkanı yaradacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının görüşündə çıxışı zamanı bildirib ki, Rusiya inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə verməyə hazırdır.
Rusiya dövlətinin başçısı həmçinin Birləşmiş Millətlər Təşkilatının katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrəsinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
Xəbər lenti
0