RUSİYA

Rusiya ABŞ-a qarşı arbitrajda israr edəcək

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib ki, Rusiya vizalara görə Quterreşin ABŞ-a qarşı arbitraja başlamasında israr edəcək.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Rusiya diplomatlara viza verilməsi verilməsi ilə bağlı müntəzəm problemlərə görə BMT-nin baş katibi Antonio Quterreşin ABŞ-a qarşı arbitraja başlamasında israr edəcək. Bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski RİA Novosti-yə müsahibəsində bildirib.
"Bir çox pozuntular olub. Viza və qanunsuz müsadirə edilmiş diplomatik əmlakla bağlı problemlərimiz artıq altıncı ildir ki, həll olunmamış qalır. Hərəkətə qoyulan məhdudiyyətlər (məşhur "25 millik zona") daha da uzun tarixə əsaslanır", - deyə Polyanski qeyd edib.
Onun sözlərinə görə, BMT Baş Assambleyasının bu problemlərin aradan qaldırılması üçün müəyyən etdiyi bütün "ağlabatan və məhdud müddətlər" çoxdan keçib, "lakin baş katib təəssüf ki, hələ də arbitraj proseduruna başlamayıb".
"Onun Baş Assambleyadan bunun üçün mandatı var. Biz onun həyata keçirilməsində israr etməyə davam edəcəyik", - deyə Polyanski vurğulayıb.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya nümayəndə heyətinin bir çox üzvlərinə hələ də BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün viza verilməyib.
DÜNYA XƏBƏRLƏRİ
Quterreş Qərb tərəfindən təzyiqlərə məruz qalır