DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya güclü qasırğaya görə 2,5 milyona yaxın insanın təxliyə edildiyini açıqlayıb

Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək Yaponiyanın əsas Honsyu adasına doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Yaponiyanın cənub-qərbində təxminən 2,5 milyon insana yaxınlaşan güclü "Nanmadol" qasırğasına görə təhlükəsiz ərazilərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Bu cür xəbərdarlıqlar beş ballıq şkala üzrə dördüncü təhlükə səviyyəsi hesab olunur. Ən yüksək (beşinci) qasırğanın 68 min nəfərin yaşadığı Kyuşu adasındakı İzumi və Nişinomote şəhərlərində olacağı elan edilib.
Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək Yaponiyanın əsas Honsyu adasına doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.
Əhaliyə qasırğa küləklər, leysan yağışları, sel və torpaq sürüşmələri barədə xəbərdarlıq edilir. Artıq elektrik enerjisində fasilələr başlayıb. İlkin məlumatlara görə, 20 mindən çox insan işıqsız qalıb.
Bu arada Tayvanda baş verən 7,2 bal gücündə zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasındakı Miyakojima, İşigaki və Yonaquni adaları üçün sunami təhlükəsi aradan qaldırılıb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bundan əvvəl seysmoloqlar hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Hər hansı dağıntı qeydə alınmayıb.