RUSİYA

Rusiya səfiri Ukraynanın sonunun nə vaxt gələcəyini açıqlayıb

Səfir qeyd edib ki, əgər Rusiya xüsusi hərbi əməliyyat əvəzinə əsl müharibəyə keçməyə qərar verərsə, Ukraynanın çox tez sonu çatacaq.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Rusiya xüsusi əməliyyatdan müharibəyə keçərsə, Ukraynanın sonu gələcək. Bu sözləri Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev isveçli jurnalistlərə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, əgər Rusiya xüsusi hərbi əməliyyat əvəzinə əsl müharibəyə keçməyə qərar verərsə, Ukraynanın çox tez sonu çatacaq.
"Rusiya tərəfindən bu, müharibə deyil, xüsusi hərbi əməliyyatdır. Əgər Rusiya əsl müharibəyə başlasa, o zaman Ukraynanın sonu çox tez çatacaq", - deyə "Ekspressen" qəzeti rusiyalı diplomatın sözlərini sitat gətirib.
Rusiyanın dünyadan təcrid oluna bilməyəcəyini deyən Tatarintsev Qərb ölkələrini bunu yadda saxlamağa çağırıb.
"Biz qalib gəlirik. Bunu məhz belə qeyd edin", – deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
RUSİYA
"Biz Ukraynada bütün ordumuzla döyüşmürük" - Putin