RUSİYA

"Zelenski Rusiya ilə danışıqların mümkün olmadığını deyib" - Putin

Rusiya Prezidenti qeyd edib ki, görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Rusiya Silahlı qüvvələri bir müddət əvvəl Ukraynada həssas nöqtələrə bir neçə zərbə endirib. Hesab edək ki, bunlar xəbərdaredici zərbələrdir.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Əgər vəziyyət bu cür davam etsə, cavablar daha ciddi olacaq. O ki, qaldı terror aktlarına, bəli, bunlar ciddi şeylərdir. Terrorçu metodlardan istifadə olunur. Biz azad olunmuş ərazilərdə vəzifəli şəxslərə qarşı terror aktlarının törədildiyini görürük. Biz hətta Rusiya Federasiyası ərazisində terror aktları törətmək cəhdlərini görürük, o cümlədən, bilmirəm, bu barədə ictimaiyyətə açıqlanıb ya yox, amma Rusiya Federasiyası ərazisində nüvə obyektlərinin ətrafında, atom elektrik stansiyalarımızın ərazilərində terror aktı törətməyə cəhdlər olunub. Biz bunları görürük, bunlara nəzarət edirik. Əgər onlar bu cür metodların yolverilməz olduğunu anlamasalar, buna cavab alacaqlar”, - deyə Putin vurğulayıb.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, ona Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif edir. Türkiyə prezidentinin bu görüş barədə təklifində qəribə heç nə yoxdur:
“Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”.
Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib:
“Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.
RUSİYA
Putin Ərdoğana təşəkkür etdi