BAKI, 15 sent yabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib.
Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
O bildirib ki, Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək:
“Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq”.