Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Müdafiə Nazirliyi Ermənistanın növbəti yalanını ifşa etdi

MN: Azərbaycan Ordusunun guya Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə atəş açması ilə bağlı məlumat yalandır
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür. Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq - XİN