Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: Laçında mövqelərimiz artilleriya qurğuları və minaatanlardan atəşə tutulur

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Müdafiə Nazirliyi Ermənistanın növbəti yalanını ifşa etdi