SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını pisləyib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edib.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Türk Dövlətləri Təşkilatının baş katibi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.
Bu barədə Təşkilatın yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.
“TDT-na üzv dövləti Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”, - deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
HƏRBİ
Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub - MN