SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN-in xüsusi nümayəndəsi Ararat Mirzoyanla görüşüb

Ermənistan xarici işlər naziri ilə RF XİN başçısının xüsusi nümayəndəsi İqor Xovayev arasında Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə edilib.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
Sputnik Ermənistan-ın yaydığı mətbuata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə olunub.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.
Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.
İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.