Azərbaycan-Ermənistan sərhədində vəziyyət

NATO Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır

NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. NATO Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatlığını bildirib.
Bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter"də yazıb.
"Report"un xəbərinə görə, Xavyer Kolomina bildirib ki, NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
İNFOQRAFİKA
Azərbaycan-Ermənistan sərhədində gərginlik