SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib

Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərin ailələrinə güc və səbr diləyib.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbr versin”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!" - Prezident yazıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
SİYASƏT
İlham Əliyev həlak olan hərbçilərlə bağlı paylaşım edib: Şəhidlərimizin qanı yerdə qalmadı