BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçiriləcək.
Bu barədə TASS-a BMT TŞ-dəki mənbə bildirib.
“Bəli, müzakirə sabaha təyin edilib”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.