BAKI, 12 sentyabr — Sputnik. Laçında top mərmisi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2353, tank əleyhinə 689 mina (cəmi 3042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.
Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.