RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”

Sergey Lavrov proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını söyləyib.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
XİN başçısı proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını deyib:
"Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin nə qədər ki, proses uzanacaq, bir o qədər razılığa gəlmək çətin olacaq".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
RUSİYA
Lavrov ABŞ-a öhdəliyini xatırlatdı