BAKI, 11 sentyabr - Sputnik. Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya ilə Avropa İttifaqının gələcəkdə əməkdaşlıq qura biləcəyini istisna etməyib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu, yalnız tərəflər arasında etimadın bərpasından sonra mümkündür.
“İlk növbədə münasibətləri normallaşdırmaq üçün yenidən inam yaratmaq lazımdır. Bu qədər "qab" sındırılıb, bu qədər etibar məhv edilib”, - Knaysl bildirib.
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, hazırda tərəflər arasında normal fikir mübadiləsi və söhbətin aparılmasında problemlər mövcuddur. Knaysl həmçinin əlavə edib ki, diplomatiya bir sənət kimi “yoxa çıxardılıb”.
Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatına başlaması ilə ciddi şəkildə pisləşib. Aİ Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləyib və Ukraynaya hərbi, maliyyə və siyasi yardım göstərməyə başlayıb. Eyni zamanda, Şərqi Avropa davamlı olaraq təzyiqlərin artırılmasının tərəfdarıdır, o cümlədən Rusiyanın enerji resurslarından tamamilə imtina etməyə və rusiyalılar üçün viza qadağasına çağırışlar edilir.
Bundan əvvəl Knaysl bildirmişdi ki, Avropada elektrik enerjisi sənayesində böhran ötən ildən başlayıb və bunu Aİ siyasətçiləri özləri təhrik ediblər.