HADİSƏ

Tərtərdə naqis hərəkət - Qəbiristanlıqdan oğurluq edilib

Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Tərtərdə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Araşdırmalarla onların həmin kənd sakinləri V. Əlizadə, N. Qasımov və Ü. Əlizadə olduqları müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
PAYTAXT XƏBƏRLƏRİ
Alim Qasımovun evindən oğurluq edən kürəkəni Ali Məhkəməyə müraciət edib