BAKI, 10 sentyabr - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib.
Onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Son 8 ayda həmçinin Agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilmişdi.