RUSİYA

ABŞ: NATO Rusiya ilə münaqişəyə can atmır

Sputnik
BAKI, 10 sentyabr — Sputnik. NATO Rusiya ilə münaqişəyə can atmır və onun üçün təhlükə yaratmır. Bu barədə Rusiya mediası Pentaqonun rəhbəri Lloyd Ostinin söylədiklərinə istinadən bildirib.
"NATO Rusiya ilə münaqişəyə can atmır", - deyə Ostin qeyd edib.
O vurğulayıb ki, Şimali Atlantika Alyansı sırf müdafiə ittifaqıdır və NATO tərəfindən Moskvaya heç bir təhlükə yoxdur.
Bu yaxınlarda Ostin bildirib ki, ABŞ diqqətini Kiyevə öz ərazisini müdafiə etməyə kömək etmək məsələsinə yönəldib.
O əlavə edib ki, ABŞ Kiyevin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazilər üzərində nəzarətinin bərpasına xüsusi diqqət yetirməklə, Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdlərini dəstəkləmək niyyətindədir.
RUSİYA
Rusiya XİN İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibət bildirdi