BAKI, 9 sentyabr - Sputnik. BMT Rusiya ərzaq və gübrələrinin ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün səy göstərir, lakin sanksiyalar üzündən çətinliklərin olduğunu qeyd edir.
Bunu cümə günü keçirdiyi brifinqdə baş katibin nümayəndəsi Stefan Düjarrik dünya bazarlarında yaranan çətinlikləri şərh edərkən deyib.
“Rusiya gübrələrinin və ərzaq məhsullarının bazarlara qayıtması çox vacib olduğu üçün biz son dərəcə gərgin işləyirik”, - o deyib.
“Rusiya ərzaq və gübrələrinə qarşı sanksiyalar tətbiq edilməyib, lakin ümumi sanksiyalar rejiminə görə vəziyyət çətindir. Bu, özəl sektorun ticarətini çətinləşdirir. Biz bütün çətinlikləri yumşaltmağa, dar boğazları aradan qaldırmağa çalışırıq”, - deyə Düjarrik bildirib.
Xatırladaq ki, hələ cari ilin may ayında RF Prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyaların ləğvi ilə ölkənin əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyinin təsdiqləndiyini bildirib.
“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”, - deyə Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında qeyd edib.