DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna limanlarından taxıl tədarükü plana əsasən davam edir - Türkiyə MN

İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Sputnik
BAKI, 8 sen — Sputnik. Ukrayna limanlarından taxıl tədarükü "məhsul sövdələşməsi" planına uyğun olaraq davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi cümə axşamı "Twitter"də bildirib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Yük gəmisi, arxiv şəkli
"Taxıl tədarükü plana uyğun olaraq davam edir. Bu gün səhər saatlarına kimi daha 5 gəmi Ukrayna limanlarını tərk edib", - Türkiyə hərbi idarəsinin açıqlamasında belə deyilir.
Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundakı plenar iclasda çıxış edərək bildirib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Onun fikrincə, bu marşrut üzrə məhdudiyyətləri Türkiyə prezidenti ilə müzakirə etməyə dəyər. Öz növbəsində, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sövdələşməsinin bir hissəsi işləmir. Onun sözlərinə görə, bu səbəbdən müqavilənin ləğvi istisna edilmir.