HƏRBİ

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Qeyd olunur ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 8 sebtyabr - Sputnik. Ermənistan sərhədboyu təxribatlarını davam etdirir. Belə ki, bu dəfə düşmən Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.