Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

© AR Ministry of DefenceAzərbaycan hərbçisi döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçisi döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Qeyd olunur ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 8 sebtyabr - Sputnik. Ermənistan sərhədboyu təxribatlarını davam etdirir. Belə ki, bu dəfə düşmən Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər lenti
0