CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana qar yağıb

Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.
Xatırladaq ki, bu ilin iyul ayında da Şahdağda 1 sm-lik qar örtüyü müşahidə edilmişdi.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.