SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək

Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.
Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.
Qabaqcadan bildirildiyi kimi, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi məqsədilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.
İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək.
Xatırladaq ki, bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
SİYASƏT
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək