Bakıda buraxılış imtahanlarında zəif nəticə göstərən rayonların adı açıqlandı

Mehriban Vəliyeva işdən çıxarılan məktəb direktorları ilə bağlı açıqlama verib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəbin nəricələri aşağı olub. Bura Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".
Mehriban Vəliyeva həmçinin qeyd edib ki, ötən tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.
O bildirib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.