İDMAN

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsində 8 görüş baş tutacaq.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Bugünkü oyunları təqdim edirik:
E qrupu
20:45 - "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00 - "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)
F qrupu
23:00 - "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00 - "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)
G qrupu
20:45 - "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00 - "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
H qrupu
23:00 - PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00 - "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)
Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.