RUSİYA

"Sberbank" şirkətləri yuanla kreditləşdirmə xidmətini işə salır

Qurum rəsmisi Şərq iqtisadi forumunda bildirib ki, bankda Çin valyutası ilə kredit almaq mümkün olacaq.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. "Sberbank"da yuanla kredit açmaq mümkün olacaq. Bunu Rusiya bankının idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin Şərq iqtisadi forumunda bildirib.
"Biz artıq yuanla kredit verməyə başlayırıq və buna kifayət qədər böyük tələbat görürük", - deyə Vedyaxin bildirib.
Sberbank
Onun sözlərinə görə, "Sberbank" həmçinin, Hindistanın milli valyutası ilə də işləyir və rupi ilə kreditlərə tələbat yaranarsa, belə bir xidmət işə düşəcək.
"Biz Hindistan rupisi ilə fəal işləyirik. İndiyə qədər Hindistan rupisi ilə kreditlərə aktiv tələb olmayıb, lakin bu tələbat yaranarsa, biz də təmin etməyə hazırıq", – deyə Vedyaxin bildirib.
Bundan əvvəl Rusiyanın bir neçə bankında yuanla əmanətin qoyulmasının mümkünlüyü məlum olub.