İDMAN

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanın "Qarabağ" klubu "Frayburq" komandasına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün Almaniyaya yollanıb.
Heyətin təyyarəsi saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Zədəli Kevin Medina da komanda ilə birlikdə səfərə gedib.
"Köhlən atlar" təxminən 5 saatlıq uçuşun ardından İsveçrənin Bazel şəhərinə çatacaq. Komanda oradan 60 km uzaqlıqda yerləşən Fraybuq im Breisgau şəhərinə gedəcək.
Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq (Report).
Xatırladaq ki, bir neçə gün öncə “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.