RUSİYA

Peskov: Qərbin sanksiyaları "Şimal axını" xidmət sistemini yararsız vəziyyətə salıb

Kremlin sözçüsü deyib ki, məhz Qərbin sanksiyaları qazın vurulması üçün zəruri olan qaz kəmərləri qovşaqlarına və aqreqatlarına xidmət sistemini yararsız hala salıb.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Şimal axını"nın işə salınmasının qeyri-müəyyən müddətə dayandırılmasına aid vəziyyətlə bağlı sualını cavablandırıb. O, bu məsələdə Qərb ölkələrinin sanksiyalarının həlledici rolunu qeyd edib.
Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, məhz Qərbin sanksiyaları qazın vurulması üçün zəruri olan qaz kəmərləri qovşaqlarına və aqreqatlarına xidmət sistemini yararsız hala salıb.
Dmitri Peskov əlavə edib ki, hazırda təmir işləri aparılmır və buna görə Qərb liderləri məsuliyyət daşıyırlar.
Daha əvvəl yazıldığı kimi, "Şimal axını" qaz kəməri sonuncu işləyən turbində nasazlıq səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb. Bunu Rusiyanın "Qazprom" holdinqi xəbər verir. "Rostexnadzor" xəbərdarlıq edib ki, aşkar edilmiş zədə turbinin təhlükəsiz istismarına imkan vermir.
RUSİYA
Peskov: Qaz tədarükü ilə bağlı problemlər sanksiyalar ləğv olunana qədər davam edəcək