BAKI, 5 sentyabr — Sputnik. Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlamalarına münasibət bildirib. Diplomatın sözlərinə görə, Qərbin sanksiyalardan başqa aləti qalmayıb.
"Onların başqa heç nələri yoxdur. Az qala unutdum: həm də kin, çox kin, lap çox kin var", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Telegram" kanalında yazıb.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı yeni, o cümlədən, ayrı-ayrı sanksiyaların tətbiqi variantları olduğunu bildirib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının anti-Rusiya sanksiyaları məhdudiyyətlərindən yorulduğunu, eləcə də qarşıdan gələn qışla bağlı narahatlıqlarını etiraf edib. Diplomat avropalılara "sanksiya siyasətinin zəruriliyini" izah edəcəyinə söz verib.