NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qlobal bazarda sabitliyin əsas şərti enerji sektoruna investisiyalardır - OPEC baş katibi

Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Enerji sektoruna investisiyalar qlobal bazarda sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Azərtac xəbər verir ki, bu fikri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais dilə gətirib.
İndoneziyanın Bali adasında energetika nazirləri toplantısı çərçivəsində keçirilən enerji təhlükəsizliyi sessiyasında çıxış edən Al-Ğais qeyd edib ki, OPEC-in apardığı araşdırmalar 2045-ci ilədək neft sektorunun səmərəli fəaliyyətinin təmin edilməsinə 12 trilyon dollardan çox investisiya lazım olduğunu müəyyən edib.
Onun sözlərinə görə, yalnız belə olan halda gələcəkdə neftə olan tələbatı tam şəkildə təmin etmək mümkündür.
OPEC-in baş katibinin toplantı çərçivəsində iştirakçı ölkələrin nazirləri, o cümlədən İndoneziyanın enerji və mineral ehtiyatlar naziri Arifin Tasrif, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simpson, ABŞ-ın energetika nazirinin müavini Devid Turk ilə görüşlərində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.