Azərbaycan karateçiləri Bakıda keçirilən "Karate1 Premyer Liqa" turnirini 6 medalla başa vurublar. Yarışda karateçilərimiz 3 qızıl və 3 bürünc medala sahib olublar.
Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıblar.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparıb.