BAKI, 4 sentyabr - Sputnik. Çində “Qimingxing 50” günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib. Bu barədə, uçuşun videosunu dərc edən “Zvezdanews” Telegram kanalı məlumat yayıb.
Dronun havaya qalxdığı an və uçuşun özü qeydə alınıb.
Nəşrin məlumatına görə, “Qimingxing 50” Yuylin hava limanından havaya qalxaraq 26 dəqiqə havada qalıb, bundan sonra eyni uçuş-enmə zolağına enib.
Bu PUA günəş panelləri ilə işləyən altı elektrik mühərriki ilə təchiz olunub. Bildirilir ki, o, mümkün meşə yanğınları üçün əraziyə nəzarət edə, geodeziya tədqiqatları apara, yüksəklikdə kəşfiyyat və digər tapşırıqları yerinə yetirə bilər.
“Bloomberg” fevral ayında Çinin Olimpiadadan əvvəl ölkənin ən böyük texnologiya şirkətlərindən biri olan “Baidu”nun yeni dronlarını istifadə etdiyini bildirmişdi.
Bildirilir ki, tamaşaçılar hələ Olimpiada başlanmazdan əvvəl pilotsuz şatllarda gəzintiyə çıxa biliblər.